• $
  • £

Erməni əsilli Xankəndi sakininin təxribat planının görüntüləri yayılıb - Yenilənib

Erməni əsilli Xankəndi sakininin təxribat planının görüntüləri yayılıb - Yenilənib
14.09.2025 22:58

Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayılıb.

APA xəbər verir ki, görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub.

 

***

Sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin insident törətmək cəhdinin qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, o, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.Cavab atəşi nəticəsində güllə yarası almış Avanesyan tutulub.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol