• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib

Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
15.09.2025 16:53

Azərbaycanın aparıcı hüquq müdafiəçiləri TƏBİB-ə müraciət edərək, 2019-cu ildən komada olan tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev üçün dərman və tibbi ləvazimatların müntəzəm və vaxtında çatdırılmasını xahiş ediblər.

Onlar bildiriblər ki, Oqtay Güləliyevin dövlət qurumlarının dəstəyi ilə ev şəraitində müalicəsi davam etsə də, dərman təminatında tez-tez və uzunmüddətli gecikmələr yaşanır.

"2020-ci ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə Güləliyevin ev şəraitində müalicəsi davam etdirilir. Gündüz növbəsi üçün tibb bacısı və texniki işçi ayrılır, dərman və tibbi ləvazimatların bir hissəsi təmin olunur. Bu dövlət dəstəyi onun həyatının qorunması baxımından olduqca mühümdür. Lakin qeydiyyatda olduğu ünvandakı poliklinika tərəfindən tələb olunan dərman və tibbi ləvazimatların siyahısı mütəmadi göndərilsı də çatdırılmada tez-tez və uzunmüddətli gecikmələr baş verir",  -  müraciətdə bildirilib.

Ailənin sözlərinə görə, ayda çatdırılmalı olan dərmanlar çox vaxt ildə cəmi 3–4 dəfə verilir.

Müraciət müəllifləri bunun Gülalıyevin sağlamlığının qorunması üçün zəruri olan fasiləsiz tibbi xidmətə maneə yaratdığını qeyd ediblər və TƏBİB-i problemi operativ həll etməyə çağırıblar.

Müraciəti 9 hüquq müdafiçisi imzalayıb. Onların arasında Novella Cəfəroğlu, Səidə Qocamanlı, Mirvari Qəhrəmanlı, Saadət Bənənyarlı, Arzu Abdullayeva və digər tanınmış hüquq müdafiəçiləri var.

TƏBİB müraciətə münasibət bildirməyib. 

Oqtay Gülalıyev 2019-cu ilin oktyabrında Bakıda avtomobil qəzası nəticəsində ağır xəsarət alıb və beyin qanaxması səbəbindən komaya düşüb.

Hadisədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə alıb,  əməliyyat və uzunmüddətli reabilitasiya prosesinə ehtiyac yaranıb.

2020-ci ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə Gülalıyev ev şəraitində müalicə olunur.

Onun üçün tibb bacısı və texniki işçi ayrılıb, müəyyən dərman və tibbi ləvazimatlar dövlət tərəfindən qarşılanır.

Gülalıyev hüquq müdafiəsi fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən də tanınıb.

Gülalıyev həmçinin 2017-ci ildən ictimaiyyətə “Tərtər işi” kimi tanınan işgəncə və hüquq pozuntuları ilə bağlı faktların araşdırılmasında fəal mövqe sərgiləyib. O, bu iş üzrə çoxsaylı hərbçilərə qarşı irəli sürülən ittihamların və onların məruz qaldığı işgəncələrin araşdırılmasını tələb edib. Bu fəaliyyətinə görə yerli və beynəlxalq dairələrdə geniş tanınıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:50
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Cəmiyyət 18:02
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Cəmiyyət 17:55
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 17:43
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Cəmiyyət 17:40
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Cəmiyyət 16:53
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
8 ayda 16 milyon tona yaxın neft ixrac edilib
Cəmiyyət 16:45
8 ayda 16 milyon tona yaxın neft ixrac edilib
Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq
Cəmiyyət 16:26
Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq

Planlarını yeni mövsümə saxlayanlar üçün Yelo Bank-dan sərfəli fürsət
Cəmiyyət 16:18
Planlarını yeni mövsümə saxlayanlar üçün Yelo Bank-dan sərfəli fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol