Seyidbəyliyə 31 nəfərdən ibarət 9 ailə köçüb

Xocalı rayonunun Seyidbəyli kəndinə kəndinə ilkin mərhələdə 31 nəfərdən ibarət 9 ailə köçüb. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib.
O bildirib ki, kənddəki 140 evdən 10-u artıq bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq.
"Kənddə 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə başlanılıb. Evlərin "mavi yanacaq"la təmin olunması üçün, magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti bərpa edilib",- o vurğulayıb.
“Böyük Qayıdış” proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilib.
Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.
Aytac
Son xəbərlər
Daha çox 