• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Adnan Əhmədzadə həbs olunub

Adnan Əhmədzadə həbs olunub
20.09.2025 14:27

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

***

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.Bu barədə Musavat.com fttc.com.ua-ya istinadən xəbər yayıb.

Bildirilir ki, məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.

Xəbərlərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Mənbələrin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub. 

İyul ayında məlum olub ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.

Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.

Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.

Adnan Əhmədzadə 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyonu Azərbaycana gətirməsi ilə geniş rezonansa səbəb olmuşdu.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Formula 1" Azərbaycan Qran-prisi ilə müqavilənin müddətini uzadıb
Cəmiyyət 15:18
"Formula 1" Azərbaycan Qran-prisi ilə müqavilənin müddətini uzadıb
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Cəmiyyət 14:30
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Adnan Əhmədzadə həbs olunub
Cəmiyyət 14:27
Adnan Əhmədzadə həbs olunub
"Formula 2": Bakıda sprint yarışı başladı
Cəmiyyət 14:16
"Formula 2": Bakıda sprint yarışı başladı
Goranboyda heyvanlar minaya düşüb
Cəmiyyət 13:00
Goranboyda heyvanlar minaya düşüb
Yağış yağacaq, şimşək çaxacaq -SABAHIN HAVASI
Cəmiyyət 12:20
Yağış yağacaq, şimşək çaxacaq -SABAHIN HAVASI
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
Cəmiyyət 12:08
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
Kəlbəcərə növbəti köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Kəlbəcərə növbəti köç karvanı yola salınıb
Bakının mərkəzində ağac maşının üzərinə aşıb
Cəmiyyət 11:45
Bakının mərkəzində ağac maşının üzərinə aşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol