• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
23.09.2025 12:25

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Aydın Kərimov Şuşanın Baş Planından danışıb
Cəmiyyət 13:59
Aydın Kərimov Şuşanın Baş Planından danışıb
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Cəmiyyət 13:25
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Azərbaycan 2027-ci ildə yeni beynəlxalq yük hava limanı ilə Avrasiya logistik mərkəzinə çevriləcək
Cəmiyyət 13:06
Azərbaycan 2027-ci ildə yeni beynəlxalq yük hava limanı ilə Avrasiya logistik mərkəzinə çevriləcək
Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır- Nazir
Cəmiyyət 12:38
Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır- Nazir
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:25
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını milli bayram münasibətilə təbrik edib
Cəmiyyət 11:17
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını milli bayram münasibətilə təbrik edib
Macarıstan Azərbaycanda kənd təsərrüfatı universitetinin filialını açmağı düşünür- Nazir
Cəmiyyət 10:52
Macarıstan Azərbaycanda kənd təsərrüfatı universitetinin filialını açmağı düşünür- Nazir
Masallıda 8-ci sinif şagirdi itkin düşdü
Cəmiyyət 10:40
Masallıda 8-ci sinif şagirdi itkin düşdü
Baş idarə əməliyyat keçirib, 30 kq-dan artıq narkotik ələ keçirilib
Cəmiyyət 10:25
Baş idarə əməliyyat keçirib, 30 kq-dan artıq narkotik ələ keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol