Gədəbəydə mikroavtobus qəzası: Azı 20 nəfər xəsarət alıb

Gədəbəy rayonunun Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb. Bu barədə "Report"un Qərb bürosu məlumat yayıb.
Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəydən keçən hissəsində baş verib. İlkin məlumatlara görə, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobus toqquşmadan sonra idarəetməni itirərək aşıb.
Yaralananların əksəriyyətinin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir. Onlar Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənlərin bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır