• $ 1.7
  • € 1.9942
  • ₽ 0.020372
  • ₺ 0.0411
  • £ 2.2883

Azərbaycanda minimum əməkhaqqı 3,1 dəfə artıb – Nazir

Azərbaycanda minimum əməkhaqqı 3,1 dəfə artıb – Nazir
24.09.2025 09:43

Azərbaycanda son illərdə həyata keçirilən beş sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib, minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 2,9 dəfə artırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev "Dəyişən Əmək Dünyasında İnnovativ Əmək və Məşğulluq Stearegiyaları: Qlobal Çağırışlar - Milli Həllər" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkə üzrə orta pensiya 2,6 dəfə, orta əməkhaqqı isə 2 dəfə yüksəlib. Sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi 5 dəfə artıb.

Cari ilin əvvəlindən icrasına başlanan yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir. Onlara yönələn ödənişlərin artırılması üçün illik əlavə 1,4 milyard manat ayrılıb.

Nazir həmçinin bildirib ki, təqdim olunan 159 sosial xidmətin 140-dan çoxu tam elektronlaşdırılıb, 60-a yaxın xidmət isə proaktiv təqdim olunur. Ümumilikdə, Nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yuxarıdır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb- Video/Yenilənib
Cəmiyyət 10:38
Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb- Video/Yenilənib
Azərbaycan 59 Əmək Təşkilatı konvensiyasını ratifikasiya edib – Nazir
Cəmiyyət 10:27
Azərbaycan 59 Əmək Təşkilatı konvensiyasını ratifikasiya edib – Nazir
Azərbaycan statistikaya dair 6 dövlət proqramı qəbul edib- Baş nazir
Cəmiyyət 10:26
Azərbaycan statistikaya dair 6 dövlət proqramı qəbul edib- Baş nazir
Müəllimlərə hədiyyə verilməsi qadağandır - MÜTDA
Cəmiyyət 10:07
Müəllimlərə hədiyyə verilməsi qadağandır - MÜTDA
Ərəbistanda özəl sektorda əməkhaqqı sistemini izləmək üçün dövlət proqramı var
Cəmiyyət 10:01
Ərəbistanda özəl sektorda əməkhaqqı sistemini izləmək üçün dövlət proqramı var
Dünyada statistik savadlılıq səviyyəsi çox aşağıdı-Konstantin Laykam
Cəmiyyət 09:52
Dünyada statistik savadlılıq səviyyəsi çox aşağıdı-Konstantin Laykam
Azərbaycanda minimum əməkhaqqı 3,1 dəfə artıb – Nazir
Cəmiyyət 09:43
Azərbaycanda minimum əməkhaqqı 3,1 dəfə artıb – Nazir
Gədəbəydə mikroavtobus qəzası: Azı 20 nəfər xəsarət alıb
Cəmiyyət 09:22
Gədəbəydə mikroavtobus qəzası: Azı 20 nəfər xəsarət alıb
Yevlaxda 4 yaşlı uşaq traktorun altında qalaraq ölüb
Cəmiyyət 23:49
Yevlaxda 4 yaşlı uşaq traktorun altında qalaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol