• $ 1.7
  • € 1.9979
  • ₽ 0.020341
  • ₺ 0.041
  • £ 2.2886

Ən çox pambıq sahələrinə ziyan dəyib - Aqrar Sığorta Fondu

Ən çox pambıq sahələrinə ziyan dəyib - Aqrar Sığorta Fondu
26.09.2025 17:40

Sentyabrın ilk yarısında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Azərbaycanın müxtəlif bölgələrində kənd təsərrüfatına zərər dəyib, Aqrar Sığorta Fonduna 40-dan artıq müraciət daxil olub. Bu barədə Fond cümə axşamı məlumat yayıb.

Müraciətlər əsasən Ağcabədi, Ağdam, Balakən, Yevlax, Tərtər, Masallı, Ucar, Zərdab və Ağstafa rayonlarında qeydə alınıb. Ən çox müraciət pambıq sahələrinə dəymiş zərərlərlə bağlıdır.

Zərərlər yağış, sel-subasma, fırtına və qasırğa kimi hava hadisələri ilə əlaqələndirilir. Eyni zamanda qarğıdalı, şaftalı, nar, naringi, alma və çəltik sahələrinə də ziyan dəydiyi bildirilib.

Fond bildirib ki, daxil olan bütün müraciətlər müstəqil aqrar sığorta ekspertləri tərəfindən araşdırılır və hadisələrin tənzimlənməsi yekunlaşdıqdan sonra fermerlərə sığorta ödənişləri həyata keçiriləcək.

Aqrar Sığorta Fondu fermerləri hava şəraitini izləməyə və zərər halları baş verdikdə vaxtında müraciət etməyə çağırıb.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:30
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
FHN əhaliyə müraciət edib
Cəmiyyət 18:04
FHN əhaliyə müraciət edib
Uşaq Evindəki qalmaqalla tanınan Məhəmməd 10 il müddətinə həbs olunub
Cəmiyyət 17:50
Uşaq Evindəki qalmaqalla tanınan Məhəmməd 10 il müddətinə həbs olunub
Ən çox pambıq sahələrinə ziyan dəyib - Aqrar Sığorta Fondu
Cəmiyyət 17:40
Ən çox pambıq sahələrinə ziyan dəyib - Aqrar Sığorta Fondu
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlanıb
Cəmiyyət 17:37
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlanıb
Azərbaycanda bəzi ödənişli tələbələr dövlət sifarişinə keçiriləcək – DİM sədri
Cəmiyyət 16:46
Azərbaycanda bəzi ödənişli tələbələr dövlət sifarişinə keçiriləcək – DİM sədri
Bakıda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib
Cəmiyyət 16:16
Bakıda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib
Azərbaycan dili və ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmə olacaq
Cəmiyyət 14:38
Azərbaycan dili və ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmə olacaq
İlham İsmayıl sərbəst buraxılıb
Cəmiyyət 14:08
İlham İsmayıl sərbəst buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol