• $ 1.7
  • € 1.9855
  • ₽ 0.020247
  • ₺ 0.0409
  • £ 2.2701

Azərbaycanda sosial xərclər 9,3% artıb - Deputat

Azərbaycanda sosial xərclər 9,3% artıb - Deputat
29.09.2025 10:15

2025-ci ilin ilk səkkiz ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% artaraq 424,6 milyon manat çox olub. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial hesabında bildirib.

Fondun artan xərcləri əsasən yeni sosial paketin icrası, eləcə də müavinət, təqaüd və pensiya alanların sayının artması ilə əlaqələndirilir. Statistikaya əsasən:

Aylıq sosial müavinət alanların sayı 13 min nəfər artaraq 466,210 nəfərə,təqaüd alanların sayı 4,244 nəfər artaraq 405,644 nəfərə,ümumilikdə isə müavinət və təqaüd alanların sayı 17,300 nəfər artıb.

2025-ci ilin yanvar-avqust aylarında proaktiv qaydada 105,665 sosial müavinət və təqaüd təyin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 5 min nəfər çoxdur.

Eyni zamanda, 2025-ci il iyulun 1-nə pensiyaçıların sayı əvvəlki ilə nisbətən 2,300 nəfər artaraq 1,103,300 nəfərə çatıb.

Deputat qeyd edib ki, sosial dəstək alanların sayındakı bu artım DSMF-in xərclərinə bilavasitə təsir göstərib. 2024-cü ildə fondun təsdiq olunmuş büdcəsi 6,949 milyard manat idisə, 2025-ci il üçün bu rəqəm 7,676 milyard manat təşkil edir – bu da təxminən 10%-lik artım deməkdir.

Bayramovun sözlərinə görə, sosial müdafiə tədbirlərinin miqyasının gələcəkdə daha da genişləndirilməsi fondun xərclərinə əlavə təzyiq yarada bilər. DSMF-in əsas fəaliyyət istiqamətləri arasında pensiyalar, sosial müavinətlər, təqaüdlər, ünvanlı sosial yardım və sosial sığorta ödənişləri yer alır.

Gəlir tərəfdə də artımlar müşahidə olunur. 2025-ci ildə DSMF-in ümumi gəlirlərinin 7,617 milyard manat olacağı, bunun 5,997 milyard manatının məcburi dövlət sosial sığorta haqlarından formalaşacağı gözlənilir.

Bayramov bu artımı fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm faktor kimi dəyərləndirib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Hazırda 2300 avtobusdan 2076-da nağdsız ödəniş mövcuddur - Rəsmi
Cəmiyyət 11:53
Hazırda 2300 avtobusdan 2076-da nağdsız ödəniş mövcuddur - Rəsmi
Metro və avtobuslarda gedişhaqqı 60 qəpik olacaq - Bu tarixdən
Cəmiyyət 11:22
Metro və avtobuslarda gedişhaqqı 60 qəpik olacaq - Bu tarixdən
Altı ayda sığorta xətti ilə 30 minə yaxın qadın doğuş edib
Cəmiyyət 10:37
Altı ayda sığorta xətti ilə 30 minə yaxın qadın doğuş edib
Azərbaycanda sosial xərclər 9,3% artıb - Deputat
Cəmiyyət 10:15
Azərbaycanda sosial xərclər 9,3% artıb - Deputat
Toyda bəy də daxil olmaqla 4 nəfəri bıçaqladı
Cəmiyyət 09:25
Toyda bəy də daxil olmaqla 4 nəfəri bıçaqladı
Sumqayıtda zəncirvari yol qəzası olub, 4 avtomobilə ziyan dəyib
Cəmiyyət 16:02
Sumqayıtda zəncirvari yol qəzası olub, 4 avtomobilə ziyan dəyib
Sabahın hava proqnozu
Cəmiyyət 12:51
Sabahın hava proqnozu
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 12:30
Bu ərazilərdə işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol