Əməkdar artist Cabir İmanov 49 yaşında vəfat edib/Yenilənib

Əməkdar artist Cabir İmanov bu gün Bakıda yerləşən idman zalında qəfil infarkt keçirərək vəfat edib. Bu barədə Qafqazinfo məlumat yayıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən anews.az-a verilən açıqlamaya görə, 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ərazisindən İmanovun səhhətinin qəfil pisləşməsi və yıxılması ilə bağlı çağırış daxil olub. Təcili yardım briqadası 13:50-də hadisə yerində həkiməqədər ölüm halını qeydə alıb.
49 yaşlı aktyor uzun illər Daxili İşlər Nazirliyində çalışıb və polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. O, son olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Aytac Zeynaova
Son xəbərlər
Daha çox 