Sabirabad və Bakıdakı kolleclərə yeni rəhbər təyinatları olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmri ilə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinə və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə yeni rəhbər təyinatları həyata keçirilib.
Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru təyin edilib. O, bu təyinata qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Günel Qasımova isə Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Qasımova daha əvvəl Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib.