Kolleclərin boş qalan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat başlayır

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Namizədlər //portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.