• $ 1.7
  • € 1.9952
  • ₽ 0.020763
  • ₺ 0.0409
  • £ 2.2913

Xəzər dənizi vasitəsilə Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb

Xəzər dənizi vasitəsilə Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
04.10.2025 12:28

Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.

Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.

Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.

Sərhəd pozucularının üzərindən aşkar edilmiş "Garmin" markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslam Respublikası ərazisindən 1074 km məsafə qət edib Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilmişdir.

Saxlanılmış "Layner" tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində "Niva" markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.

Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda növbəti təmizlik işləri aparılıb
Cəmiyyət 13:15
Bakıda növbəti təmizlik işləri aparılıb
Xəzər dənizi vasitəsilə Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 12:28
Xəzər dənizi vasitəsilə Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:09
Sabahın hava proqnozu
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılıb - Sərəncam
Cəmiyyət 11:54
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılıb - Sərəncam
Bu il universitetə qəbul olan 102 tələbə Prezident təqaüdü alacaq
Cəmiyyət 11:45
Bu il universitetə qəbul olan 102 tələbə Prezident təqaüdü alacaq
Oqtay Şirəliyevlə vida mərasimi keçirilir- Yenilənib
Cəmiyyət 10:53
Oqtay Şirəliyevlə vida mərasimi keçirilir- Yenilənib
Kür çayında bir nəfər batıb
Cəmiyyət 10:05
Kür çayında bir nəfər batıb
DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib edib - Yenilənib
Cəmiyyət 00:18
DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib edib - Yenilənib
Şəkidə iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 20:08
Şəkidə iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol