Gəncədə velosipedçini maşın vurdu

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhərin Bağbanlar küçəsində qeydə alınan hadisə nəticəsində “Toyota Prius” markalı avtomobil velosipedlə yoldan hərəkət edən şəxsi vurub.
Nəticədə velosiped sürən yeniyetmə və avtomobilin sürücüsü Amil Abbasov xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.
Son xəbərlər
Daha çox 