Vəkil Zəbil Qəhrəmanovun lisenziyası 6 ay müddətinə dayandırılıb

Tanınmış vəkil Zəbil Qəhrəmanovun fəaliyyət lisenziyası 6 ay müddətinə dayandırılıb. Bu qərar Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qəbul edilib.
Gəncədə yaşayan vəkil Zəbil Qəhrəmanov Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin 11 il müddətinə azadlıqdan məhrum edilən şəxsin bəraət almasına nail olması ilə də gündəmə gəlib — həmin şəxs 4 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.