• $ 1.7
  • € 1.9748
  • ₽ 0.020643
  • ₺ 0.0408
  • £ 2.2767

Quş qripi ilə bağlı Azərbaycana bir sıra ölkələrdən malların idxalına məhdudiyyət qoyulub

Quş qripi ilə bağlı Azərbaycana bir sıra ölkələrdən malların idxalına məhdudiyyət qoyulub
09.10.2025 20:00

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniya Krallığının Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniya Federativ Respublikasının Türingiya vilayətində, İran İslam Respublikasının Ərdəbil əyalətində, Bolqarıstan Respublikasının Haskovo vilayətində, Danimarka Krallığının Cənubi Danimarka regionunda, Niderland Krallığının Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Belə ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə itkin düşən məktəbli tapılıb - Yenilənib
Cəmiyyət 23:46
Gəncədə itkin düşən məktəbli tapılıb - Yenilənib
Quş qripi ilə bağlı Azərbaycana bir sıra ölkələrdən malların idxalına məhdudiyyət qoyulub
Cəmiyyət 20:00
Quş qripi ilə bağlı Azərbaycana bir sıra ölkələrdən malların idxalına məhdudiyyət qoyulub
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:30
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:44
DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Sabah bəzi rayonlara yağış və sulu qar yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 18:22
Sabah bəzi rayonlara yağış və sulu qar yağacaq - XƏBƏRDARLIQ
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:03
Bu ərazidə qaz olmayacaq

Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb
Cəmiyyət 16:56
Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 16:41
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Vəkil Zəbil Qəhrəmanovun lisenziyası 6 ay müddətinə dayandırılıb
Cəmiyyət 16:10
Vəkil Zəbil Qəhrəmanovun lisenziyası 6 ay müddətinə dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol