Gəncədə itkin düşən məktəbli tapılıb - Yenilənib

Ötən gün Gəncədə itkin düşən məktəbli tapılıb.
APA-nın məlumatına görə polis əməkdaşlarının axtarışları nəticəsində itkin düşən 2009-cu il təvəllüdlü Elşan Alıməmmədov tapılaraq ailəsinə təhvil verilib.
***
Gəncədə məktəbli itkin düşüb.
APA-nın məlumatına görə, Gəncə şəhər sakini 2009-cu il təvəllüdlü Elşan Alıməmmədov ötən gün evdən hazırlıq kursuna getmək adı ilə çıxıb, bundan sonra ondan xəbər olmayıb.
Elşan Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hazırda şəxsin yerinin
müəyən olunaraq ailəsinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər keçirilir. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək. Şəxsi görən şəxslərdən 102 zəng mərkəzinə və yaxud da ərazi üzrə polis orqanlarına müraciət etmələri xahiş olunur.