• $ 1.7
  • € 1.9675
  • ₽ 0.020938
  • ₺ 0.0407
  • £ 2.2624

Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir

Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir
11.10.2025 17:05

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə görülür.

Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən İnşaatçılar prospekti ilə kəsişməsinə kimi aparılır.

Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.

Qeyd olunub ki, növbəti mərhələdə isə mikromobillik zolaqları İnşaatçılar prospektində təşkil ediləcək və paytaxtın mərkəzi küçələrində mövcud olan zolaqlarla daha bir istiqamətdən əlaqələndirmə təmin ediləcək.

Daha öncə bu əlaqələdirmə digər istiqamətdən Mikayıl Müşfiq küçəsi vasitəsilə həyata keçirilmişdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 20:10
Sumqayıtda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq
Cəmiyyət 18:35
Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Cəmiyyət 18:06
Suraxanıda yaşayış binasında yanğın olub
Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir
Cəmiyyət 17:05
Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir
Bu küçədə hərəkət birtərəfli təşkil edilib - Video
Cəmiyyət 15:30
Bu küçədə hərəkət birtərəfli təşkil edilib - Video
Bərdədə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:57
Bərdədə maşınlar toqquşub, xəsarət alanlar var
Hövsanda yaşayış binasında yanğın baş verib
Cəmiyyət 12:47
Hövsanda yaşayış binasında yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:38
Sabahın hava proqnozu
Azərbaycanda palçıq vulkanı püskürüb
Cəmiyyət 10:19
Azərbaycanda palçıq vulkanı püskürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol