Şəkidə yol qəzası baş verib, 3 nəfər ölüb

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisində olub.
“KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.