Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb

Bu günə qədər taksi sürücüsü olmaq istəyən 169 qadın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib.Bu barədə AYNA-dan məlumat verilib.
Bilsirilib ki,hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir.
Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır. Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var.
Yaxın zamanda ilk qadın avtobus sürücüləri sükanın arxasına keçəcəklər. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə təşkil olunan təlimlərdə xanımlar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıqları tamamlayıblar.