• $ 1.7
  • € 1.9717
  • ₽ 0.020922
  • ₺ 0.0405
  • £ 2.2675

Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb

Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
24.10.2025 22:42

Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün AYNA tərəfindən sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib.Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib:

“Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin olunub.

Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə 130 avtobus ümumillikdə 650 dəfə hərəkət edir və gün ərzində bu avtobuslardan istifadə edən 40 000-ə yaxın sərnişinin sıxlıqda qalmayaraq rahat daşınması həyata keçirilir”.

“Məlumat üçün bildirək ki, gündəlik Xırdalan şəhəri və Masazır qəsəbəsindən paytaxta 170 minə yaxın sərnişin daxil olur.

Eyni zamanda görülən işlər çərçivəsində Tbilisi prospektində mövcud olan xüsusi hərəkət zolağının əhatəliyi genişləndirilib və əlaqəlilik təmin edilib. Belə ki, prospektin “20 Yanvar” dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində xüsusi hərəkət zolağı təşkil olunub və avtobusların bu ərazidə sıxlıqda qalmasının qarşısı alınıb.

Xüsusi hərəkət zolağı yaradılarkən Tbilisi psospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yolun hərəkət hissəsi genişləndirilib və hərəkət zolaqları yenidən təşkil olunub. Beləliklə, avtomobillər üçün zolaqların sayı dəyişməz olaraq qalıb.

Qeyd edək ki, gün ərzində Tbilisi prospektinin bu ərazisindən 5 müntəzəm marşrut xətti üzrə 75 avtobus ümumillikdə 490 dəfə keçir və bu avtobuslarla 35 000-dək sərnişin daşınır”, – qurumdan əlavə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
Cəmiyyət 22:42
Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
Neftçalada erkən nikahın qarşısı alınıb
Cəmiyyət 20:39
Neftçalada erkən nikahın qarşısı alınıb
Anar Əsədli həbs edilib
Cəmiyyət 19:10
Anar Əsədli həbs edilib
Bakı metrosunda bənövşəyi xətt üzrə stansiyalarda interval azaldılır
Cəmiyyət 18:11
Bakı metrosunda bənövşəyi xətt üzrə stansiyalarda interval azaldılır

Ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Cəmiyyət 17:16
Ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Nazirlik repetitorluqla bağlı təkliflər təqdim edəcək
Cəmiyyət 16:29
Nazirlik repetitorluqla bağlı təkliflər təqdim edəcək
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Cəmiyyət 16:14
Milli Məclisin növbəti iclasının tarixi məlum olub

MİQ imtahanı pullu olacaq
Cəmiyyət 16:00
MİQ imtahanı pullu olacaq

Vəkil Zabil Qəhrəmanov saxlanılıb
Cəmiyyət 14:03
Vəkil Zabil Qəhrəmanov saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol