"Sputnik Azərbaycan"ın baş redaktoru azadlığa buraxıldıqdan sonra Bakını tərk edib
"Sputnik Azərbaycan"ın baş redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakını tərk edib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Sputnik"in ikinci əməkdaşı Belousov da azadlığa buraxıldıqdan sonra Bakını tərk edib", - deyə o bildirib.
Daha əvvəl Belousov Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmışdı. Bir neçə gün əvvəl isə "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx da həbsdən azad edilərək Rusiyaya yola salınmışdı.