Kürdəmirdə yol qəzası baş verib, 2 nəfər ölüb
Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.
VAZ markalı minik maşını traktorla toqquşub. İlkin məlumata görə, 2 nəfər hadisə yerində ölüb. 3 nəfər ağır xəsarət alıb.
Fakt araşdırılır.