• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir

Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir
25.10.2025 20:06

Türkiyənin ev sahibliyi ilə NATO ölkələrinin hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif dövlətlərdən gələn müşahidəçilərin iştirakı ilə "Nüsrət-2025 Dəvət Təlimi" keçirilir.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, İndoneziya, Cənubi Afrika, Niderland, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri-Lanka və Omandan ümumilikdə 44 nəfər iştirak edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 22:33
Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub
Sumqayıtda mənzildə meyit tapılıb
Cəmiyyət 21:18
Sumqayıtda mənzildə meyit tapılıb
Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir
Cəmiyyət 20:06
Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir
Kürdəmirdə yol qəzası baş verib, 2 nəfər ölüb
Cəmiyyət 19:29
Kürdəmirdə yol qəzası baş verib, 2 nəfər ölüb
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
Cəmiyyət 17:26
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
"Sputnik Azərbaycan"ın baş redaktoru azadlığa buraxıldıqdan sonra Bakını tərk edib
Cəmiyyət 16:46
"Sputnik Azərbaycan"ın baş redaktoru azadlığa buraxıldıqdan sonra Bakını tərk edib
Küləkli hava ilə bağlı - Xəbərdarlıq
Cəmiyyət 16:33
Küləkli hava ilə bağlı - Xəbərdarlıq
İçərişəhərdə Zeytun Festivalı keçiriləcək
Cəmiyyət 16:13
İçərişəhərdə Zeytun Festivalı keçiriləcək
Onlayn qumar oyunları üçün bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstə ifşa edilib - Video
Cəmiyyət 13:49
Onlayn qumar oyunları üçün bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstə ifşa edilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol