Vəkil Zabil Qəhrəmanov həbs olunub - Yenilənib
Məhkəmə Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov barəsində qərar verib.
"Report"un məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Zabil Qəhrəmanovu 9 vəkil müdafiə edib.
Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
19:01
Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir.
"Report"un məlumatına görə, keçmiş vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə cinayət işi açılıb.
Açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi keçirilir.
Zabil Qəhrəmanov avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.
Son xəbərlər
Daha çox