Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.