Bakıda ev yanıb, xəsarət alan var
Bakıda fərdi yaşayış evində yanğın olub.
APA xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində qeydə alınıb. Yanğın nəticəsində 1960-cı il təvəlüdlü Əliyev Nəcəf Əli oğlu müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox