• $ 1.7
  • € 1.9763
  • ₽ 0.021317
  • ₺ 0.0405
  • £ 2.2638

Deputat Şəkidə 4-cü məktəbi tikdirir

Deputat Şəkidə 4-cü məktəbi tikdirir
28.10.2025 10:22

Deputat Cavanşir Feyziyev Şəkidə Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin 3 mərtəbədən ibarət olacaq yeni korpusunu tikdirir. Bu barədə deputat anews.az-a açıqlamasında bildirilib. 

Bir gün əvvəl Yeniavaz saytı məlumat paylaşaraq bildirilib ki, Şəki Şəhər İcra Hakimiyyəti Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin yeni korpusunun tikintisi üçün icazə verib. Sayt yazır ki, Şəki şəhəri, Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusunun sifarişçisi millət vəkili Cavanşir Əyyub oğlu Feyziyevdir.

"Bəli, doğrudur. Bu mənim tikdirdiyim 4- cü məktəbdir", - deputat bildirib. 

Deputat anews.az-a açıqlamasında bildirib ki, bundan əvvəl Şəkidə onun sifarişi ilə 3 məktəb də tikilib istifadəyə verilib. 

"2006-ci ildə Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin indiki binası, 2010-cu ildə Çay Qaraqoyunlu kəndində tikilən ibtidai sinif məktəbi, üçüncüsü isə Şəkidə sahəsi 4000 kv.m-ə yaxın Məktəbəqədət Təhsil Müəssisəsi mənim tikdirdiyim məktəblərdir", - deputat əlavə edib. 

Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəb Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir. 

Məsələ ilə bağlı regional təhsil idarəsinə sorğu ünvanlasaq da hələlik sorğuya cavab ala bilmədik. 

Cavanşir Feyziyev 2006-ci ildə iş adamı kimi fəaliyyət göstərib,  2015-ci ildən isə Milli Məclisin deputatıdır. 

Gülnar Nazimqızı 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:32
Sabahın hava proqnozu açıqlanıb
“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirilib
Cəmiyyət 11:56
“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirilib
Prezident Sabirabadda 2 müəssisədə olub
Cəmiyyət 11:13
Prezident Sabirabadda 2 müəssisədə olub
Deputat Şəkidə 4-cü məktəbi tikdirir
Cəmiyyət 10:22
Deputat Şəkidə 4-cü məktəbi tikdirir
Azərbaycanda ödəniş kartlarının sayı 21,4 milyonu keçib
Cəmiyyət 09:52
Azərbaycanda ödəniş kartlarının sayı 21,4 milyonu keçib
Yeni Klinikada 800 mindən çox topuq testi aparılıb
Cəmiyyət 09:49
Yeni Klinikada 800 mindən çox topuq testi aparılıb
Qızılın qiyməti ucuzlaşıb
Cəmiyyət 09:45
Qızılın qiyməti ucuzlaşıb
Bərdədə iki avtomobil toqquşub, 2 nəfər ölüb
Cəmiyyət 09:44
Bərdədə iki avtomobil toqquşub, 2 nəfər ölüb
Azərbaycan tibb və təhsil müəssisələrində yeni qida normalarını təsdiqləyib
Cəmiyyət 09:31
Azərbaycan tibb və təhsil müəssisələrində yeni qida normalarını təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol