• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Prezident Sabirabadda 2 müəssisədə olub

Prezident Sabirabadda 2 müəssisədə olub
28.10.2025 11:13

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Sabirabad Sənaye Məhəlləsində “Humix” MMC-nin aqrokimyəvi vasitələr və “Azera Toxumçuluq” MMC-nin toxum istehsalı müəssisələrinin fəaliyyətilə tanış olub. 

“Humix” MMC 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu alıb. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiyaları əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə, daimi işçilərin sayı isə 16 nəfərdir. Məhsul daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac üçün də nəzərdə tutulub. Müəssisənin ümumi investisiya məbləği 1,45 milyon manat, onun 497 min manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit şəklində ayrılıb.

“Azera Toxumçuluq” MMC də 2021-ci ildə Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Burada Türkiyənin qabaqcıl texnologiyaları əsasında standart və hibrid toxum istehsalı müəssisəsi qurulub.

Layihənin dəyəri 2,5 milyon manat, müəssisədə daimi iş yerlərinin sayı 20 nəfər, işçilər Sabirabad və ətraf rayonlardan cəlb ediləcək. Müəssisədə Sabirabad Pilot Aqropark və region fermer təsərrüfatlarından xammal istifadə olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol