• $ 1.7
  • € 1.9763
  • ₽ 0.021317
  • ₺ 0.0405
  • £ 2.2638

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
28.10.2025 12:32

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-17, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Cəmiyyət 15:05
Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakı metrosunda tələbə kartı ilə ödəniş sistemi test rejimində işə salınıb
Cəmiyyət 14:33
Bakı metrosunda tələbə kartı ilə ödəniş sistemi test rejimində işə salınıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:32
Sabahın hava proqnozu açıqlanıb
“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirilib
Cəmiyyət 11:56
“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirilib
Prezident Sabirabadda 2 müəssisədə olub
Cəmiyyət 11:13
Prezident Sabirabadda 2 müəssisədə olub
Deputat Şəkidə 4-cü məktəbi tikdirir
Cəmiyyət 10:22
Deputat Şəkidə 4-cü məktəbi tikdirir
Azərbaycanda ödəniş kartlarının sayı 21,4 milyonu keçib
Cəmiyyət 09:52
Azərbaycanda ödəniş kartlarının sayı 21,4 milyonu keçib
Yeni Klinikada 800 mindən çox topuq testi aparılıb
Cəmiyyət 09:49
Yeni Klinikada 800 mindən çox topuq testi aparılıb
Qızılın qiyməti ucuzlaşıb
Cəmiyyət 09:45
Qızılın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol