• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Binəqədi rayonunda baş verən yanğın söndürülüb - Yenilənib

Binəqədi rayonunda baş verən yanğın söndürülüb - Yenilənib
28.10.2025 22:34

Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində həyətyanı ərazidə 500kv.m. sahədə taxta tullantıları, ümumi sahəsi 50kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən talvarın taxta atmaları yanıb.

Yaxınlıqda yerləşən tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.

17:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində, ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol