Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib
Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçmiş vəkil Zabil Qəhrəmanovun şikayəti əsasında məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, prosesdə Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin olunmayıb və Gəncə şəhər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Zabil Qəhrəmanov oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib. Ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Son xəbərlər
Daha çox