Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev işdən azad olunub
 
            Lənkərandan olan həkim, tibb üzrə fəlsəfə doktoru Fariz Babayev öz ərizəsi ilə Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. Bu barədə TƏBİB məlumat verib.
Fariz Babayev eyni zamanda Səhiyyə Nazirliyinin baş nefroloqu və Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür. O, 1963-cü ildə Lənkəran şəhərində anadan olub və 2003–2021-ci illərdə Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinə rəhbərlik edib.
Respublika Klinik Uroloji Xəstəxanası Azərbaycanda böyrək xəstəliklərinin müalicəsi və hemodializ xidmətləri üzrə ixtisaslaşmış əsas dövlət tibb müəssisələrindən biridir.
 
Aytac
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    