Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstandan ekstradisiya olunub
 
            Azərbaycan vətəndaşı Samir Salah oğlu Mehdiyev Gürcüstandan ölkəyə ekstradisiya olunub.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, İmişli Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə S.Mehdiyev Cinayət Məcəlləsinin dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub.
S.Mehdiyev Gürcüstanda saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    