Putindən İradə Zeynalova ilə bağlı - Fərman
 
            Rusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin Fərman imzalayıb.
Sənəd hüquqi aktların rəsmi dərc olunma portalında yerləşdirilib.
İradə Zeynalova Rusiyanın tanınmış telejurnalistidir. O, uzun illər bu ölkənin müxtəlif televiziya kanallarında çalışıb. Putin 2024-cü ilin sentyabrında Zeynalovanı Rusiyanın Mavrikidəki səfiri təyin edib.
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    