ABŞ Prezidenti Donald Tramp, Macarıstan Baş naziri Viktor Orbanın şəxsi müraciətinə baxmayaraq, Budapeşti Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan istisna etməyib.
Tramp bu barədə “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib:
“O bizdən istisna istədi. Biz vermədik, amma o xahiş etdi,” – ABŞ lideri deyib.
Macarıstan hökumət başçısı daha əvvəl qeyd etmişdi ki, noyabrın 7-də Tramp ilə görüşündə ölkəsinin enerji asılılığını nəzərə alaraq, sanksiya qərarına düzəliş edilməsinə ümid etdiyini bildirib.
Orban, Macarıstanın enerji təchizatının böyük ölçüdə boru kəmərləri ilə idxal olunan Rusiya xammalından asılı olduğunu vurğulamışdı.
Tramp isə cavabında ABŞ-nin Rusiyaya qarşı sanksiyalar siyasətində heç bir ölkəyə güzəşt etməyəcəyini qeyd edib.