İsmayıllıda zəlzələ olub
İsmayıllıda zəlzələ olub.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, yerli vaxtla saat 18:03-də qeydə alınan yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.