Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib
AMEA katibliyinin keçmiş rəisi və Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirov Ramiz Mehdiyevin işinə görə həbs edilib.
Səbail Rayon Məhkəməsi Əmirov Eldar Qurban oğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə saxlanılıb.
Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə əməkdaş olub və sonrakı dövrdə onun köməkçisi vəzifəsini tutub.
Saxlanılma barədə ilkin məlumatı "Manset.az" yayıb.
Aytac
Son xəbərlər
Daha çox