Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycana səfər edən NATO üzv dövlətlərinin daimi nümayəndələri ilə görüş keçirib. Bu barədə Hikmət Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
“Azərbaycanda səfərdə olan NATO üzv dövlətlərinin daimi nümayəndələri ilə görüşməkdən məmnun oldum. Görüş zamanı NATO–Azərbaycan arasında uğurlu və faydalı tərəfdaşlıq, regional təhlükəsizlik məsələləri, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, – Prezidentin köməkçisi qeyd edib.
Hacıyev bildirib ki, bu kimi təmaslar NATO ilə Azərbaycan arasında qarşılıqlı etimadın və dialoqun daha da möhkəmlənməsinə xidmət edir.
N.Təbrizli
Son xəbərlər
Daha çox