Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planlarının hazırlanması prosesi davam edir. Bu barədə azad olunmuş ərazilərdə layihələrin idarə olunması şöbəsinin müdiri Ramil İskəndərov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, daha əvvəl səkkiz azad olunmuş şəhərin baş planları təsdiqlənib, ümumilikdə 13,6 min hektar ərazini əhatə edib. Eyni zamanda 90-dan çox kənd və qəsəbə üzrə layihə sənədləri qəbul olunub, 20 yaşayış məntəqəsində isə layihələndirmə işləri yekunlaşmaq üzrədir.
İskəndərov bildirib ki, hazırda 20 yaşayış məntəqəsinin bərpası istiqamətində işlər görülür, bu çərçivədə yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət və ictimai xidmət müəssisələri, yol-nəqliyyat infrastrukturu, turizm və istirahət zonaları, sənaye parkları inşa olunur. Layihələrdə enerji qənaət edən texnologiyalar və “ağıllı” infrastruktur həlləri tətbiq edilir, tarixi memarlıq irsinin qorunması və müasir innovasiyalarla harmoniyası əsas prinsip kimi götürülüb.
Onun sözlərinə görə, bu günədək 10 rayonda yerləşən 30 yaşayış məntəqəsinə — 6 şəhər, 2 qəsəbə və 22 kəndə 60 minə yaxın keçmiş məcburi köçkün qayıdıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox