Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb - Yenilənib
Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bəşirov Sənan Bəşir oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***
8 noyabr, saat 17.09
Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb.
DİN-in Quba regional qrupundan bildirilib ki, rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən RPŞ-nin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.