Bərdədə nənə və nəvə dəm qazından zəhərlənərək ölüb
Bərdədə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
"Report"un məlumatına görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.
Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər.
Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Tibbi müayinədən sonra aidiyyatı üzrə təhvil verilib.
Son xəbərlər
Daha çox