Bakıda maşın dərəyə aşıb ,sürücü ölüb - Video
Paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası olub.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1988-ci il təvəllüdlü Eminaqarov Zaur Rəşid oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Son xəbərlər
Daha çox