• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək - Video

Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək - Video
11.11.2025 12:37

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda festivalın hazırlıq prosesi yekun mərhələsindədir. Yarışlarda iştirak edəcək komandalar final mərhələsinə hazırlıqlarını davam etdirir və layihələrini sınaqdan keçirirlər.

Bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutacaq.

Ümumilikdə SAF 2025-də iştirak üçün 5 000-dən çox namizəd qeydiyyatdan keçmişdi. Final mərhələsinə isə 1415 iştirakçı vəsiqə qazanıb. Onların 212 nəfəri 19 xarici ölkəni təmsil edir. Beləliklə, münsiflər və beynəlxalq iştirakçılar da daxil olmaqla, festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunacaq.

Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin üzə çıxarılması, eləcə də innovativ layihə və həllərin hazırlanmasının dəstəklənməsidir.

STEAM – beş əsas sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisini əhatə edən modeldir. Bu yanaşma elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math) birgə öyrədilməsi ideyası üzərində qurulub.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda baş verən yanğında daha bir nəfər ölüb
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər ölüb
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Cəmiyyət 16:55
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Cəmiyyət 14:20
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol