• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Güclü geomaqnit qasırğası müşahidə olunur



Güclü geomaqnit qasırğası müşahidə olunur
12.11.2025 09:31

Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yüksək səviyyəyə qalxıb.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, 9-10 noyabrda baş verən X5 alışması zamanı asimmetrik tac kütlə atılması nəticəsində plazma kütləsinin noyabrın 12-də Yerə yaxınlaşması proqnozlaşdırılır.

Hazırda Günəş aktivliyi R1-R2 (zəif-orta), günün yarısından başlayaraq noyabrın 13-dək R3 (güclü-aktiv) səviyyədə olacaq. Aktivlik noyabrın 13-ü günortayadək davam edə bilər. Yüksək coğrafi enliklərdə noyabrın 12-də maqnit qasırğasının gücü 10 ballıq şkala ilə 4-8, noyabrın 13-də azalaraq 3-5 səviyyəsində olacaq. Orta coğrafi enliklərdə noyabrın 12-də qasırğanın gücü 4-7, sonrakı günlər azalaraq fon səviyyəsində olacaq.

9-10 noyabr tarixlərində baş verən tac kütlə atılması nəticəsində noyabrın 12-də yüksək coğrafi enliklərdə G2-G4 səviyyəsində maqnit qasırğası proqnozlaşdırılır. Günün yarısında bu, artaraq G3-G4 (güclü) qasırğa səviyəsinə yüksələcək. Tac kütlə atılması səbəbindən noyabrın 13-də qasırğanın G1-G3 səviyyədə qalacağı proqnozlaşdırılır. 14 noyabr tarixində aktivlik azalacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub
Cəmiyyət 10:31
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub


Yol polisi dumanlı hava şəraiti ilə bağlı müraciət edib
Cəmiyyət 09:55
Yol polisi dumanlı hava şəraiti ilə bağlı müraciət edib

Salyanın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 09:41
Salyanın bəzi kəndlərində işıq olmayacaq


Güclü geomaqnit qasırğası müşahidə olunur
Cəmiyyət 09:31
Güclü geomaqnit qasırğası müşahidə olunur

Yollarda görünüş məsafəsi məhdudlaşıb
Cəmiyyət 09:27
Yollarda görünüş məsafəsi məhdudlaşıb
Bakıda mənzildə yanğın olub, ölən var
Cəmiyyət 16:01
Bakıda mənzildə yanğın olub, ölən var
Bakıda uşaq inkişaf mərkəzində yanğın olub
Cəmiyyət 15:35
Bakıda uşaq inkişaf mərkəzində yanğın olub
Paytaxtda oğurluq edənlər saxlanılıb
Cəmiyyət 15:30
Paytaxtda oğurluq edənlər saxlanılıb
Naxçıvan Duz Muzeyi ləğv edilib
Cəmiyyət 13:56
Naxçıvan Duz Muzeyi ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol