• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Moskva prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Moskva prospektində xüsusi hərəkət zolağı təşkil edilib
12.11.2025 13:29

Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolağı təşkil edilib. Bu barədə AYNA-dan bildirilib.

Qeyd edilib ki, bununla da mövcud xüsusi hərəkət zolağının yeni hərəkət zolağı ilə əlaqələndirilməsi həyata keçirilib.

Buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. Müntəzəm marşrut avtobusları metronun “20 Yanvar” stansiyası istiqamətindən “Şamaxinka” adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

Məlumat üçün bildiririk ki, sözügedən yol sahəsindən keçən müntəzəm avtobuslarla gün ərzində ümumilikdə 90.000-dən çox sərnişin daşınır.

Xüsusi hərəkət zolağının təşkili ilə yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların marşrut üzrə rahat və vaxt itkisi olmadan hərəkəti təmin ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib
Cəmiyyət 14:36
Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib
Kürdəmirə yeni icra başçısı təyin edilib
Cəmiyyət 13:53
Kürdəmirə yeni icra başçısı təyin edilib
Səməd Bəşirli: Qeyri-neft sektorunun artımı strateji hədəfləri üstələyir
Cəmiyyət 13:43
Səməd Bəşirli: Qeyri-neft sektorunun artımı strateji hədəfləri üstələyir
Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
Cəmiyyət 13:40
Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 13:33
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Moskva prospektində xüsusi hərəkət zolağı təşkil edilib
Cəmiyyət 13:29
Moskva prospektində xüsusi hərəkət zolağı təşkil edilib
Kürdəmir və Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçılar təyin edilib
Cəmiyyət 13:27
Kürdəmir və Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçılar təyin edilib
Ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoyub-İlham Əliyev
Cəmiyyət 13:11
Ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoyub-İlham Əliyev
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Cəmiyyət 12:54
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol