• $ 1.7
  • € 1.9672
  • ₽ 0.020995
  • ₺ 0.0402
  • £ 2.232

İcra başçısı ondan şikayət edən sakinləri məhkəməyə verib

İcra başçısı ondan şikayət edən sakinləri məhkəməyə verib
14.11.2025 08:35

Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov iki kənd sakini – Səbirə Vəliyeva və oğlu Vüsal Muradov haqqında rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib.

Müsavat.com-un məlumatına görə, şikayət Cinayət Məcəlləsinin 147.2-ci (ağır nəticələrə səbəb olan böhtan) və 148-ci (təhqir) maddələri üzrə qaldırılıb.

İttihamın səbəbi, Uzunboyad kənd sakinlərinin mətbuata müraciət edərək icra başçısının onlara olan borcu ödəmədiyini bildirməsi olub.

Vüsal Muradov mediaya açıqlamasında iddia edib ki, anası Səbirə Vəliyeva 2022-ci ildə 15 ton toxumluq arpanı (10 min 500 manatlıq) icra başçısına nisyə satıb, lakin ödəniş edilməyib. Onun sözlərinə görə, alış-veriş zamanı heç bir sənəd tərtib olunmayıb, çünki “rayonun başçısına inandıqları üçün” rəsmi müqavilə bağlamayıblar.

Ailə oktyabrın 20-də mətbuata müraciətdən sonra onlara icra başçısının görüşmək istədiyi barədə məlumat verildiyini, bir neçə gün sonra isə əksinə, başçının məhkəməyə xüsusi ittiham şikayəti təqdim etdiyini bildirib.

Şabran Rayon Məhkəməsi artıq iş üzrə hazırlıq iclasını keçirib və xüsusi ittiham qaydasında baxış iclasını noyabrın 19-na təyin edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəfər Cabbarlı stansiyasında tüstülənmə olub
Cəmiyyət 09:57
Cəfər Cabbarlı stansiyasında tüstülənmə olub
Ağalıya növbəti 41 ailə yola salınıb
Cəmiyyət 09:23
Ağalıya növbəti 41 ailə yola salınıb
12 yolda tıxav var - Siyahı
Cəmiyyət 08:48
12 yolda tıxav var - Siyahı
Biləcəridə işıq olmayacaq
Cəmiyyət 08:39
Biləcəridə işıq olmayacaq
İcra başçısı ondan şikayət edən sakinləri məhkəməyə verib
Cəmiyyət 08:35
İcra başçısı ondan şikayət edən sakinləri məhkəməyə verib
Bakıda qaz xəttində yanğın olub
Cəmiyyət 23:26
Bakıda qaz xəttində yanğın olub
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar
Cəmiyyət 23:25
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar
Si Cinpin G20 sammitində iştirakdan imtina edib
Cəmiyyət 22:07
Si Cinpin G20 sammitində iştirakdan imtina edib
DİN - dən diplomatik nömrəli avtomobilin qayda pozuntusuna münasibət
Cəmiyyət 19:20
DİN - dən diplomatik nömrəli avtomobilin qayda pozuntusuna münasibət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol