Ağalıya növbəti 41 ailə yola salınıb
Noyabrın 14-də Zəngilanın Ağalı kəndinə 110 nəfər olmaqla 41 ailə köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.
Zəngilanın Ağalı kəndinə ikinci mərhələdə 103 ev istifadəyə veriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.
Zəngilan 2020-ci oktyabrın 20-də erməni işğalından azad edilib.
Prezidentin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama görə oktyabrın 20-si "Zəngilən Şəhəri Günü" kimi qeyd edilir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox