Noyabrın ilk 13 günündə FHN 22 azyaşlı uşağı xilas edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, noyabrın ilk 13 günü ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində 22 uşaq təhlükəli və ya köməksiz vəziyyətdən xilas edilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, bu hallar əsasən uşaqların nəzarətsiz qoyulması, o cümlədən mənzildə və digər məkanlarda tək qalması səbəbindən baş verir. Nazirliyin operativ əməliyyatları sayəsində xilas edilən uşaqlar ailələrinə və ya yaxınlarına təhvil verilib.