• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycan və Braziliya gömrük əməkdaşlığını genişləndirmək üçün saziş imzalanıb

Azərbaycan və Braziliya gömrük əməkdaşlığını genişləndirmək üçün saziş imzalanıb
14.11.2025 15:46

Noyabrın 13-də Braziliyanın Manaus şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyası arasında “Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş” imzalanıb. Bu barədə Komitə məlumat yayıb.

Sazişi Azərbaycan DGK-nın sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho imzalayıblar.

Sənəd iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsini, ticarətin asanlaşdırılmasını, gömrük nəzarətinin səmərəliliyinin artırılmasını və beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.

Saziş gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması üzrə qarşılıqlı inzibati yardım mexanizminin qurulmasını, məlumat və təcrübə mübadiləsinin aparılmasını, həmçinin texniki əməkdaşlığın və qabaqcıl idarəetmə-nəzarət üsullarının paylaşılmasını nəzərdə tutur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Cəmiyyət 15:30
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Cəmiyyət 12:30
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Cəmiyyət 10:11
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol